<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>304</hymn_number>
<lyrics>[V1]
 Əziz dost, iki yol ayrıcındasan:
 Biri çox enlidir, o biri ensiz.
 Biri qaranlıqdır, o biri nurlu,
 Biri Rəbb yoludur, o biri iblis.

[C1]
   Müvəqqəti yoldur bu Allahsız yol,
   Axırı uçurum, axırı əzab.
   Axırı Allahsız, qaranlıq dünya,
   Amandır, əziz dost, getmə bu yolla.

[V2]
 Hansı yolu seçdin, dostum, söylə sən?
 Biri çox enlidir, çox rahat yoldur,
 İndi o yol ilə gedən də çoxdur,
 Kim ki çox istəyir dünya şöhrətin.

[V3]
 Seç Rəbbin yolunu, bu nurlu yoldur,
 Əbədi həyata aparan yoldur.
 Həm də çox şərəfl i, müqəddəs yoldur,
 Çünki bu həqiqət, xilas yoludur.

[C2]
   Hansı yolu seçdin, dostum, söylə sən?
   İndi sən durmusan yol ayrıcında.
   İndi öz seçkində azadsan tamam
   Sən indi azadsan öz ürəyində.</lyrics>
<title>Əziz dost, iki yol ayrıcındasan: İL304</title>
</song>